"Sabah"ın rəqibi və oyunlarının vaxtı bəlli oldu
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”ın rəqibi bəlli olub.
Sportify.az xəbər verir ki, Azərbaycan təmsilçisi İsrailin “Hapoel Beer Şeva” komandası ilə üz-üzə gələcək.
6 qat İsrail çempionu III təsnifat mərhələsində Serbiyanın “Srvena Zvezda” klubunu mübarizədən kənarlaşdırıb. İlk matçda 1:0 hesablı qələbə qazanmış “Hapoel” səfərdəki cavab görüşündə 2 cavabsız top vurub. Bugünkü qarşılaşmada toplara İqor Zlatanoviç 61-ci, Cavon İst 79-cu dəqiqədə imza atıb.
Meydan sahiblərindən isə Məhəmməd Abu Fani 90+2-ci dəqiqədə qırmızı vərəqə alıb.
“Sabah” “Hapoel Beer Şeva” ilə ilk matçını avqustun 19-da Bakı vaxtı ilə saat 23:00-da səfərdə, cavab görüşünü isə avqustun 25-də saat 20:45-də evdə keçirəcək.



No Comment! Be the first one.