"Şahdağ Qusar" daha bir əsas rəqibini məğlub etdi - VİDEO
I Liqada VI turun ilk 2 oyunu keçirilib.
Sportify.az xəbər verir ki, turun mərkəzi görüşündə “Şahdağ Qusar” “Səbail”i qəbul edib.
Premyer Liqaya iddialıların duelindən Qusar komandası qələbə ilə ayrılıb – 1:0.
Yeganə qolu 50-ci dəqiqədə Aqil Nəsibov vurub.
“Səbail” isə 69-cu dəqiqədə Pərviz Azadov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün oyunu azlıqda bitirib.
Binə qəsəbə stadionunda keçirilmiş görüşü 600 tamaşaçı izləyib.
“Şahdağ Qusar”a ötən tur çempionatda ilk məğlubiyyət acısı yaşatmış “Xankəndi” isə bu dəfə “Mingəçevir”ə məğlub olub – 0:1. Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunmuş matçda yeganə qolu 63-cü dəqiqədə Xəlil Bəşirov vurub.
I Liqa, VI tur
21 oktyabr (çərşənbə)
15:00. “Şahdağ Qusar” – “Səbail” – 1:0
Qol: Aqil Nəsibov, 50
Qırmızı vərəqə: Pərviz Azadov, 69
Sarı vərəqələr: Arsene Dauda, 72 (qeyri-idman hərəkəti) – Eltun Turabov, 38 (qeyri-idman hərəkəti); Pərviz Azadov, 68 (hakimin qərarına etiraz), 69 (qeyri-idman hərəkəti); Bahadur Həziyev, 84 (qeyri-idman hərəkəti); Cavad Qurbanlı, 90+2 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Babək Allahverdiyev (“Səbail”), 38 (hakimin qərarına etiraz)
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Asif Abdullayev, İslam Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Azər Əsgərov
Binə qəsəbə stadionu, 600 tamaşaçı
15:00. “Xankəndi” – “Mingəçevir” – 0:1
Qol: Xəlil Bəşirov, 63
Sarı vərəqələr: Əziz Hüseynov, oyundan sonra (qeyri-idman hərəkəti) – Rüstəm Nuruyev, 48 (qeyri-idman hərəkəti); Xəlil Bəşirov, oyundan sonra (qeyri-idman
hərəkəti)
Hakimlər: Murad Səlimov, Məmmədəli Kərimov, Safalı Ağayev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elman Musayev
Şamaxı OİK stadionu, 20 tamaşaçı
Bu nəticələrdən sonra xalını 15-ə çatdıran “Şahdağ Qusar” liderliyini davam etdirir. “Səbail” 11 xalla 3-cü, “Xankəndi” 5 xalla 7-ci, ilk qələbəsini qazanan “Mingəçevir” isə 4 xalla 9-cudur.



No Comment! Be the first one.