“Səbail” “Sumqayıt”ın sabiq futbolçusunu aldı
2026/2027-ci illər mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” heyətinə yeni futbolçu cəlb edib.
Sportify.az xəbər verir ki, paytaxt təmsilçisi Sərtan Taşkınla müqavilə imzalayıb.
Azərbaycan millisində də çıxış etmiş müdafiəçi ilə 1+1 illik sözləşmə bağlanıb. 28 yaşlı futbolçu son olaraq Türkiyənin “Serik Spor” klubunun formasını geyinib.
Karyerası ərzində “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Turan Tovuz” və Türkiyənin “Manisa” komandalarında çıxış edən Taşkın Azərbaycan Premyer Liqasında 193 oyuna çıxıb və 13 qol vurub.



No Comment! Be the first one.