"Səbail"də dava ilə bağlı açıqlama - VİDEO
“Oyun sərt mübarizə şəraitində keçdi. Qarşılaşmanın gedişində futbolçular arasında xoşagəlməz insident yaşandı”.
Bunu Sportify.az-a açıqlamasında “Səbail”in mətbuat katibi Rəşad Məmmədov Türkiyə “Sakaryaspor” ilə yoxlama matçı zamanı baş vermiş münaqişə barədə danışarkən deyib.
Klub rəsmisi bildirib ki, oyun başa çatdıqdan sonra hər iki komandanın futbolçuları və rəhbərləri xoş münasibət çərçivəsində ayrılıblar: “Futboldur, xüsusilə yoxlama oyunlarında belə hallar baş verə bilər. Burada məsələni şişirtməyə ehtiyac yoxdur. Əsası odur ki, oyundan sonra hər iki komanda bir-birinə xoş münasibət göstərərək sağollaşdı”.



No Comment! Be the first one.