“Tottenhem” “Mançester Siti” ilə razılığa gəldi
İngiltərənin “Tottenhem” klubu braziliyalı hücumçu Savinyonun transferi üçün “Mançester Siti” ilə razılığa gəlib.
Sportify.az xəbər verir ki, tərəflər arasında şifahi razılaşma əldə olunub.
Transferin məbləği 75 milyon funt sterlinq (təxminən 88 milyon avro) təşkil edəcək.
22 yaşlı futbolçu yaxın zamanda tibbi müayinədən keçmək üçün “Tottenhem”ə gedəcək.
Transfer rəsmiləşdikdən sonra braziliyalı hücumçu London klubunun heyətinə qoşulacaq.



No Comment! Be the first one.