Tovuzda münaqişə: Araya Berdiyev girdi - VİDEO
“Turan Tovuz” və “Zirə” komandaları arasında keçirilən Misli Premyer Liqasının VI tur matçında münaqişə baş verib.
Sportify.az xəbər verir ki, 26-cı dəqiqədə top uğrunda mübarizə zamanı qonaq komandanın müdafiəçi Ruan Renato meydan sahiblərinin hücumçusu Jo Batistanı yan xəttin kənarında çiyinlə itələyib.
Nəticədə Batista Tovuz komandasının ehtiyat oyunçular skamyasına tərəf yıxılıb. Braziliyalı forvard öz həmyerlisinə qarşılıq vermək istədikdə ara qarışıb. Bu zaman onun önünü “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev kəsib.
İnsidentin tezliklə qarşısını almaq mümkün olub. Baş hakim Rəvan Həmzəzadə tərəflərdən heç kimə vərəqə göstərməyib.
Qeyd edək ki, hazırda hesab bərabərdir – 0:0.



No Comment! Be the first one.