U-15 dünya çempionatı: Azərbaycan Vyetnama uduzdu YENİLƏNDİ
Bu gün Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçına çıxıb.
Sportify.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu kollektivin rəqibi Vyetnam seçməsi olub. Komandalar 81-84-cü yerlər uğrunda yarımfinalda üz-üzə gəliblər. Azərbaycan millisi 2:4 hesabı ilə məğlub olub.
Bununla da Azərbaycan millisinin 83-cü yer uğrunda mübarizə aparacağı müəyyənləşib. Rəqib isə Əfqanıstan olacaq. Oktyabrın 30-da Hövsan Yarış Kompleksində təşkil olunacaq qarşılaşma saat 11:30-da başlanacaq.



No Comment! Be the first one.