Vermanın yeni klubu bəlli oldu
Almaniyanın “Borussiya” klubu Niderlandın PSV komandasının yarımmüdafiəçisi Yöi Vermanı transfer edib.
Sportify.az xəbər verir ki, 27 yaşlı niderlandlı futbolçu Dortmund təmsilçisi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb.
“Borussiya” bu keçid üçün PSV-yə təxminən 22 milyon avro ödəyib. Transfer futbolçunun müqaviləsindəki sərbəstqalma maddəsinin aktivləşdirilməsi ilə reallaşıb.
Verman ötən mövsüm Erediviziyada 8 qol vurub və 14 məhsuldar ötürmə edib. O, assist sayında çempionatın ən yaxşı futbolçusu olub.
Yöi Verman PSV-nin heyətində 198 oyuna çıxıb, 31 qol vurub və 67 məhsuldar ötürmə edib. O, Eyndhoven klubu ilə üç dəfə Niderland çempionu olub və iki dəfə ölkə kubokunu qazanıb.



No Comment! Be the first one.