“Xankəndi” doğma stadionuna qovuşur
I Liqa təmsilçisi “Xankəndi” bu ildən etibarən ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır.
Klubdan Sportify.az-a verilən məlumata görə, hazırda Xankəndi Stadionunda təmir işləri davam etdirilir.
Təmir işlərinin bu ayın sonunadək başa çatdırılması planlaşdırılır.
Təmir işləri yekunlaşdıqdan sonra Xankəndi Stadionunun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.
Klubun Xankəndidə ilk ev oyununun tarixi isə stadionun rəsmi açılış qrafikinə uyğun olaraq müəyyənləşdiriləcək.



No Comment! Be the first one.