Yamalın nailiyyətini geridə qoyan vunderkind
İspaniya “Levante”sinin futbolçusu Mark Santos “Barselona”nın vingeri Lamin Yamalın nailiyyətini arxada qoyub.
Sportify.az xəbər verir ki, Santos La Liqada I turun “Espanyol”la matçının 64-cü dəqiqədə İvan Romeronu əvəzləyib.
Bu vaxt o, 15 yaş 288 günlüyündə olub. Beləliklə, İspaniya U-16 yığmasının sol cinah müdafiəçisi təkcə klubun tarixində ən gənc debütant ünvanına yiyələnməyib. Vunderkind həm də Yamalın nailiyyətini 2 gün üstələyib.
Beləliklə, Santos La Liqa tarixinin üçüncü ən gənc oyunçusu adını Pedro İrastorsa ilə bölüşüb. İrastorsa 1933-cü ildə eyni yaşda “Donostiya”da debüt edib.
Mütləq rekordçu isə 2019/2020 mövsümündə “Malyorka”da 15 yaş 219 günündə debüt etmiş Luka Romerodur.
İkinci yerdə 1939/1940 mövsümündə “Selta”da 15 yaş 255 günündə ilk oyununa çıxmış Sanson qərarlaşıb.
Bununla belə, Yamal digər nailiyyəti özündə saxlayır. O, XXI əsrdə start heyətdə meydançaya çıxmış ən gənc (2023-cü ildə 16 yaş 38 gün) oyunçudur.



No Comment! Be the first one.