Yığmamız Türkiyədə bürünc medal qazandı
Çimərlik voleybolu üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Türkiyənin Çatalca bölgəsində təşkil olunan və FIVB reytinq xalları qazandıran “Bioderma Pro Beach Tour” açıq çempionatında çıxış edib.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə,
16 komandanın iştirak etdiyi yarışa İbrahim Məmmədov – Muhəmməd Aslanlı cütlüyü də qatılıb.
Onlar çempionatı üçüncü pillədə başa vurublar.
Qadınların yarışında mübarizə aparan Səbinə Əlizadə – Leyla Əliyeva dueti isə 16 komanda arasında 5-ci yeri tutub.
Qeyd edək ki, Azərbaycan komandaları yarışda baş məşqçi Atvars Vildenin rəhbərliyi altında mübarizə aparıblar.



No Comment! Be the first one.