Zelim Tçkayev: Heç bir bəhanəm yoxdur, Qriqalaşvili daha güclüdür
“Mən heç vaxt hakimliyə şərh verməyi xoşlamamışam və indi də bunu etməyəcəyəm”.
Sportify.az xəbər verir ki, bunu Bakıda keçirilən dünya çempionatında 81 kq çəki dərəcəsində gümüş medal qazanan Azərbaycan cüdoçusu Zelim Tçkayev deyib.
Finalda Gürcüstan təmsilçisi Tato Qriqalaşviliyə uduzan 27 yaşlı idmançı sonadək mübarizə apardığını bildirib: “Mən ağlımda qələbəni buraxdığımı qəbul etmirdim. Son ana qədər qazanacağımı düşünürdüm, son ana qədər”.
Qriqalaşviliyə son 6 görüşdə uduzmasını şərh edən Tçkayev rəqibin güclü olduğunu bildirib. O, qalibiyyət qazanmamasının səbəbini bilmədiyini açıqlayıb: “Bilmirəm, bilmirəm, bilmirəm. O, daha güclüdür, ona görə də uduzdum. Məndə heç bir yorğunluq yox idi, sadəcə o, daha güclüdür və mən uduzdum, vəssalam. Burada heç bir bəhanə yoxdur”.


No Comment! Be the first one.