1 milyardlıq stadionu su basdı - VİDEO
İspaniya “Barselona”sının 1 milyard avrodan çox vəsait xərclədiyi “Camp Nou”da yağış problemi yenə gündəmə gəlib.
Sportify.az xəbər verir ki, Niderland “Feyenoord”u ilə UEFA Çempionlar Liqasının I tur matçı zamanı yağıntı üzündən stadionun bəzi hissələrində su sızması müşahidə olunub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə media sektorunun su altında qalması diqqəti cəlb edib.
Stadionun yenilənməsi üçün böyük məbləğdə vəsait xərclənməsinə baxmayaraq, yağışlı havalarda oxşar problemlərin təkrarlanması narazılığa səbəb olub. Bu isə “Camp Nou”nun yenidən istifadəyə verilməsindən sonra infrastrukturla bağlı bəzi məsələlərin hələ də tam həll edilmədiyi barədə müzakirələri artırıb.
Qeyd edək ki, “Barselona” “Feyenoord”u 5:1 hesabı ilə məğlubiyyətə uğradıb. “Kamp Nou” stadionunun yenidən qurulması işlərini Türkiyə Futbol Federasiyasının sabiq prezidenti, iş adamı Nihat Özdemirə məxsus “Limak Holding” yerinə yetirib.


No Comment! Be the first one.