1 saata 6 minə yaxın bilet satıldı
“Turan Tovuz” – “Fənərbağça” (Türkiyə) arasında keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.
Sportify.az Birbilet.az-a istinadən xəbər verir ki, azarkeşlər sektor və yeri seçməklə onlayn şəkildə biletləri əldə edə bilərlər.
Tofiq Bəhramov adına Respublika sadionunda baş tutacaq “Turan Tovuz” – “Fənərbağça” oyunu 3 oktyabr tarixində saat 20:00 başlayacaq.
Qeyd edək ki, 3, 4, 5, 6-cı sektorlar “Turan Tovuz”, 23, 24, 25 və 26-cı sektorlar “Fənərbağça” fanklubları üçün nəzərdə tutulub.



No Comment! Be the first one.