“Sumqayıt”ın məşqçilər korpusu müəyyənləşdi
Yeni mövsümdə “Sumqayıt” Basketbol Klubunun məşqçilər korpusu müəyyənləşib.
Sportify.az xəbər verir ki, komandanın baş məşqçisi Uğur Özdemirin köməkçisi təcrübəli mütəxəssis Vadim Kuramşın olacaq.
Kuramşın klubun yarandığı gündən komandada fəaliyyət göstərir və son iki mövsümdə baş məşqçi vəzifəsini icra edib.
Məşqçilər korpusunda Allahverdi Yusifov da yer alacaq. O, daha əvvəl aşağı yaş qruplarından ibarət komandalarda məşqçi kimi çalışıb. Yusifov FIBA və ABL-in B kateqoriyalı məşqçilik sertifikatına sahibdir.




No Comment! Be the first one.