10 il sonra yenidən "Qalatasaray"da
Türkiyə “Qalatasaray”ının sabiq futbolçusu Eren Derdiyok 10 ildən sonra İstanbul klubuna qayıdıb.
Sportify.az xəbər verir ki, İsveçrə millisinin keçmiş hücumçusu bu dəfə “sarı-qırmızılar”ın məşqçisi kimi çalışacaq.
38 yaşlı Derdiyok klubun U-17 komandasının baş məşqçisi təyin olunub.
Qeyd edək ki, Eren Derdiyok 2016 – 2019-cu illərdə “Qalatasaray”ın formasını geyinib. İstanbul təmsilçisində 3 mövsüm çıxış edən hücumçu 63 oyunda 20 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Derdiyok “Qalatasaray”dakı karyerası ərzində 2 dəfə Türkiyə çempionu olub.



No Comment! Be the first one.