10 ildən sonra "Kəpəz"ə qayıtdı - RƏSMİ - VİDEO
Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir oyunçu ilə güclənib.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Namiq Ələsgərov yenidən “sarı-göylər”in şərəfini qoruyacaq.
31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonunadək anlaşma əldə olunub.
Qeyd edək ki, Namiq Ələsgərov son mövsümdə “Zirə”nin heyətində çıxış edib. 2015/2016-cı il mövsümünün ikinci yarısında “Kəpəz”in formasını geyinən futbolçu 15 oyunda 3 qola imza atıb. Namiq Ələsgərov Azərbaycan millisinin də formasını geyinib.
Посмотреть эту публикацию в Instagram


No Comment! Be the first one.