İsmayıl İbrahimli: Bəzi epizodlarda qərar rəqibin xeyrinə verildi
Misli Premyer Liqasının VI turunda “Zirə” səfərdə “Turan Tovuz”a 1:0 hesabı ilə məğlub olub.
Matçdan sonra “Zirə”nin futbolçusu İsmayıl İbrahimli Sportify.az-a müsahibə verib.
– Oyunla bağlı fikirləriniz necədir?
– Oyunla bağlı… Maraqlı oyun keçdi. Tovuzun gücünü bilirdik. Bizim Tovuzla oyunlarımız mübarizəli keçir. Bu gün də elə bir oyun oldu. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Meydanda taktiki savaş gedirdi. Təəssüf ki, rəqib sonda standart vəziyyətdən qol vurdu və qələbə qazandı.
– Atmosfer necə idi? Əlverişli şərait var idi?
– Əla atmosfer var idi. Burada oynamaq, əlbəttə ki, çətindir. Meydança da ideal vəziyyətdə idi. Tovuzda bu cür oyunlar maraqlı olur.
– Oyunun sonlarında mübahisə yarandı. Nə ilə bağlı idi, necə başladı?
– Rəqib oyunçu qol vurub üstümüzə doğru gəlirdi. Ona görə mübahisə yarandı.
– Hakim idarəçiliyindən narazılıq var idi?
– Nə deyim… Bəzi epizodlarda ev komandasının xeyrinə verilən qərarlar olurdu, bəli.
– Milli komandanın heyəti açıqlandı. Dəvət gözləyirdiniz?
– Əlbəttə ki, gözləyirdim. Bu toplanışa daha çox dəvət gözləyirdim. Çünki son çempionatda 6 oyunun 4-də heyətdə oynamışdım. Xeyirlisi… Baş məşqçinin qərarıdır. İnşallah, gələn toplanışlarda dəvət alarıq.
Həşim Məmmədov



No Comment! Be the first one.