Millimiz Tacikistana avtoqolla qalib gəldi – YENİLƏNDİ
Azərbaycan milli komandası yoldaşlıq oyununda Tacikistanla üz-üzə gəlib.
Sportify.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu yığma “Palms Sports Arena”da keçirilən görüşdə 1:0 hesabı ilə qalib gəlib.
Matçın 58-ci dəqiqədə rəqibin heyətinə “Turan Tovuz”dan dəvət almış qapıçı Oleq Baklov avtoqol müəllifi olub. O, Toral Bayramovun cərimə zərbəsindən sonra qapı tirindən yerə düşən topu özü də bilmədən ayağı ilə tora salıb.
Beləliklə, Azərbaycan millisi Tacikistana üçüncü yoldaşlıq görüşündə də qalib gəlib.
Digər tərəfdən, Ayxan Abbasovun baş məşqçi olduğu kollektivin iki futbolçusu oyun zamanı zədə alıb. 79-cu dəqiqədə yarımmüdafiəçi Abdulax Xaybulayev zədələnərək, yerini Fərid Yusifliyə verib. Beləliklə, Yusifli daha əvvəl meydana çıxmış Edqar Adilxanov kimi millidə debüt edib.
Oyunun final fiti ərəfəsində isə Mahir Emreli dizindən xəsarət alaraq, yerdə qalıb. Tezliklə final fiti səsləndiyi üçün onu əvəzləməyə ehtiyac qalmayıb.
Qeyd edək ki, qarşılaşma UEFA Millətlər Liqasının sentyabr-oktyabr aylarında keçiriləcək Litva və Lixtenşteynlə oyunlarına hazırlıq xarakteri daşıyıb.
——————————————-
Azərbaycan milli komandası bu gün yoldaşlıq oyununda Tacikistanla üz-üzə gələcək.
Sportify.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu yığma “Palms Sports Arena”da Tacikistan seçməsi ilə qarşılaşacaq. Görüş saat 20:00-da başlayacaq.
Azərbaycan və Tacikistan milli komandaları indiyədək iki dəfə qarşılaşıb. Hər iki oyunda Azərbaycan yığması qələbə qazanıb.
Qeyd edək ki, qarşılaşma UEFA Millətlər Liqasının sentyabr-oktyabr aylarında keçiriləcək Litva və Lixtenşteynlə oyunlarına hazırlıq xarakteri daşıyır.
Yoldaşlıq görüşü
23 sentyabr
20:00. Azərbaycan – Tacikistan – 1:0
Qol: Oleq Baklov, 58 (öz qapısına)
Baş hakim: Roman Jitari (Moldova)
Baş hakimin köməkçiləri: Vlad Lifçiu, Vadim Vikol (Moldova)
Dördüncü hakim: Kamranbəy Rəhimov (Azərbaycan)
VAR: Abduraşıd Xudoyberganov (Özbəkistan)
AVAR: Kamran Bayramov (Azərbaycan)
“Palms Sports Arena”.



No Comment! Be the first one.