Millimiz Avropa çempionatında rekord vurdu
Kişi boksçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında medal sayında yeni rekord vurub.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, yığma bu nailiyyətə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yarışda imza atıb.
Boksçu Səidcəmşid Cəfərov (75 kq) Avropa çempionatında yarımfinala vəsiqə qazanmaqla 5-ci medalı təmin edib və milli tarixi ilki reallaşdırıb. İndiyədək Azərbaycan boksçuları analoji yarışlarda 1 dəfəyə ən çox 4 mükafata sahib olmuşdular. 2006-ci ildə Plovdivdə, 7 il sonra Minskdə 4 dəfə fəxri kürsüyə yüksəlmək mümkün olmuşdu. Bu dəfə 5 medalın təmin edilməsi isə Avropa çempionatlarında yeni rekorddur.
Millinin heyətində Cəfərovdan öncə Sübhan Mamedovla (50 kq) Nəbi İsgəndərov (70 kq) finala, Amin Məmmədzadə (55 kq) yarımfinala vəsiqə əldə edib. Məhəmməd Abdullayev (+90 kq) isə bürünc medalı rəsmiləşdirib.
Qeyd edək ki, çempionata sentyabrın 25-də yekun vurulacaq.



No Comment! Be the first one.