“Sumqayıt”dan yeni transfer
“Sumqayıt” basketbol klubu heyətini daha bir oyunçu ilə gücləndirib.
Sportify.az xəbər verir ki, 191 sm boya malik Elçin Salmanzadə ilə 1 illik müqavilə imzalanıb. 31 yaşlı basketbolçu müdafiəçi (shooting guard) mövqeyində çıxış edir.
Salmanzadə daha əvvəl “Xırdalan”, “Abşeron Lions” və “Ordu” komandalarının formasını geyinib.



No Comment! Be the first one.