Rəhman Daşdəmirov: Layiqli qələbə idi
UEFA Millətlər Liqasının D Liqasının III turunda Azərbaycan millisi doğma meydanda Litva yığmasını minimal hesabla məğlub edib – 1:0.
Sportify.az xəbər verir ki, matçdan sonra millimizin futbolçusu Rəhman Daşdəmirov qarşılaşma ilə bağlı açıqlama verib.
O, qələbənin vacibliyini vurğulayıb:
“Millətimizi təbrik edirəm. Vacib qələbə idi. Lixtenşteynlə oyunda lazım olan xalları itirmişdik. Özümüz də bunu istəmirdik. Həmin matçda qol vəziyyətlərimiz oldu, amma istifadə edə bilmədik. Şükür olsun ki, bu gün qələbə qazandıq.
Komanda yoldaşlarımı və Ayxan müəllimi təbrik edirəm. Hamısı bu gün çox əziyyət çəkdi. Stadionda yaxşı mübarizə apardıq. Layiqli qələbə idi.
Oyunun əvvəlindən üzərimizdə böyük təzyiq var idi. Lakin matçın sonuna qədər istədiyimiz kimi oynadıq. Şükür olsun, təzyiqi üzərimizdən ata bildik. Qol vurduq və hesabı öz xeyrimizə saxlaya bildik. Vacib qələbə qazandıq”.



No Comment! Be the first one.