“Ölkə xaricində olsam da, ABL-i izləyirdim”
“Əvvəlcə, pley-offun 4 ən güclü komandası sırasında yer almaq, daha sonra isə çempion olmaq istəyirik!”
Sportify.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın amerikalı basketbolçusu Teyvion Kirk klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, əvvəlcə yenidən Azərbaycana qayıtması ilə bağlı təəssüratlarını bölüşüb: “Bəli, yenidən Azərbaycana qayıtdım. Buna görə də çox şadam. Bu yaxşı hissdir”. Kirk vaxtı ilə “Xırdalan”da rəhbərliyi altında oynadığı baş məşqçi Uğur Özdemirlə işləməyin yaxşı olduğunu qeyd edib: “Elədir, burada tanış simalar var. Uğur Özdemirlə işləmək çox yaxşıdır. Məni yenidən Azərbaycana dəvət etdiyi üçün ona təşəkkür edirəm. Bizim bir yerdə görəcəyimiz hələ çox iş var”.
Kirk Azərbaycandan kənarda olduğu müddətdə ölkə çempionatımızı izlədiyini də deyib: “Ölkə xaricində olsam da, ABL-i izləyirdim. Çempionat artıq daha maraqlı və gərgin mübarizə şəraitində keçir”. “Sumqayıt”ın qarşısına qoyduğu məqsədlərdən danışan Teyvion bunları söyləyib: “Əsas məqsədimiz bacardığımız qədər çox oyunda qalib gəlməkdir. Əvvəlcə, pley-offun 4 ən güclü komandası sırasında yer almaq, daha sonra isə çempion olmaq istəyirik!”



No Comment! Be the first one.