Dünya çempionatı: Zelim Kotsoyev 1/8 finalda dayandı – YENİLƏNDİ
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün Azərbaycan millisinin üzvü Zelim Kotsoyev tatamiyə çıxıb.
Sportify.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin dünya çempionu kişilərin 100 kq çəki dərəcəsində mübarizə aparıb.
O, yarışa 1/32 final mərhələsindən başlayıb. Kotsoyevin ilk rəqibi Türkmənistan təmsilçisi Baymırat Majanov olub. Majanova qalib gələn Azərbaycan təmsilçisi növbəti mərhələyə yüksəlib.
1/16 finalda Kotsoyev slovakiyalı Benyamin Mataseyedən də üstün olub.
Lakin 1/8 finalda azərbaycanlı cüdoçu Rusiyanı təmsil edən erməni cüdoçu Arman Adamyana qızıl xal bölümündə uduzaraq, mübarizəni dayandırıb.
Bununla da Azərbaycan yığması günü medalsız başa vurub.
Dünya çempionatı
9 oktyabr
1/32 final. Zelim Kotsoyev – Baymırat Majanov (Türkmənistan)
1/16 final. Zelim Kotsoyev – Benyamin Mataseye (Slovakiya)
1|8 final. Zelim Kotsoyev – Arman Adamyan (Rusiya)
Qeyd edək ki, indiyədək Azərbaycan cüdoçuları Bakıdakı dünya çempionatında 5 medal qazanıblar. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıb. Fərdi mübarizəyə oktyabrın 10-da yekun vurulacaq. Oktyabrın 11-də isə qarışıq komanda yarışları keçiriləcək. Azərbaycanın ilk rəqibi 1/16 final mərhələsində Avstriya olacaq.



No Comment! Be the first one.