Mikels: Hamı bu cür sıx qrafiklə üzləşir
“Sabah” Azərbaycan Premyer Liqasının VII turunda “Neftçi” ilə heç-heçə edib: 0:0.
Qarşılaşmadan sonra “Sabah”ın futbolçusu Coy Lens Mikels jurnalistlərin suallarını cavablandırdı.
– Bu gün çoxlu qol imkanlarınız oldu, amma sonda heç nə əldə edə bilmədiniz. Qələbə qazana bilməməyinizi necə şərh edərdiniz?
– Biz məğlub olmadıq.
– Bu ay sizi çətin oyun təqvimi gözləyir. Daha sonra iki həftə ərzində “Braqa” və “Borussiya Dortmund”la qarşılaşacaqsınız. Oyunların sıx qrafiki barədə nə düşünürsünüz?
– Çətin olacaq, amma Çempionlar Liqasında çıxış etdiyimiz üçün belə bir təqvimin olmasını istəyirdik. Bu, futbol dünyasının reallığıdır. Hamı bu cür sıx qrafiklə üzləşir, “Slaviya Praqa” da həmçinin. Buna görə də mümkün qədər yaxşı hazırlaşmalı və əvvəlki oyunlarda olduğu kimi, yenə yaxşı çıxış etməliyik.



No Comment! Be the first one.