"Qarabağ" və "Turan Tovuz"dan səfər qələbələri - YENİLƏNDİ
Misli Premyer Liqasında VII turun son oyunu keçirilib.
Sportify.az xəbər verir ki, “SOCAR Polymer Arena”da “Şəfa” “Turan Tovuz”u qəbul edib.
Baş hakim Əli Əliyevin idarə etdiyi görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 1:0. Tovuz komandasının yeganə qolunu 45+2-ci dəqiqədə Dioqo Balau vurub.
Qonaqlar oyun ərzində 2 futbolçu itkisi ilə də üzləşiblər. 21-ci dəqiqədə Hayderson Hurtado dizindən ağrı hiss etdiyi üçün meydanı tərk edib. 86-cı dəqiqədə isə Denis Marandiçi “Şəfa”nın futbolçusu İsmayıl Zülfüqarlı ilə toquşaraq, kəllə-beyin travması alıb. Almacıq sümüyü qırılan moldovalı yarımmüdafiəçi əməliyyat olunacaq.
Beləliklə, xalını 14-ə çatdıran “Turan Tovuz” 4-cü pillədə qərarlaşıb. “Şəfa” isə 3 xalla 11-ci yerdə gedir.
Qeyd edək ki, VII turun əvvəlki qarşılaşmalarında “Sumqayıt” evdə “Qəbələ”ni 4:1, “Kəpəz” səfərdə “Araz-Naxçıvan”ı, “Qarabağ” “İmişli”ni 2:0 hesabı ilə yenib. “Neftçi” “Sabah”la 0:0, “Zirə” “Şamaxı” ilə 1:1 hesablı heç-heçə edib.
—————–
Misli Premyer Liqasında VII turun növbəti oyunu Yevlax şəhər stadionunda “İmişli” və “Qarabağ” arasında keçirilib.
Sportify.az xəbər verir ki, baş hakim Elvin Bayramovun idarə etdiyi görüş Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:0.
Hesabı 59-cu dəqiqədə Aleksey Kaşuk açıb. 88-ci dəqiqədə isə Jali Muaddib yekun nəticəni müəyyənləşdirib.
Bununla da Azərbaycan çempionatları tarixində 1000-ci matçına çıxan “Qarabağ” aktivinə növbəti 3 xalı yazdırıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv hazırda 16 xala malikdir və 3-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatda bir oyunu da var. “İmişli” isə 4 xalla 10-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, VII turun son oyunu “Şəfa” və “Turan Tovuz” arasında keçiriləcək.
——————————
Misli Premyer Liqasında VII turun son oyunları bu gün keçiriləcək.
Sportify.az xəbər verir ki, günün ilk matçında “İmişli” Yevlax şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək. Görüş saat 16:00-da başlayacaq.
Turun son qarşılaşmasında isə “Şəfa” ilə “Turan Tovuz” üz-üzə gələcək. “SOCAR Polymer Arena”da keçiriləcək matçın start fiti saat 18:30-da səslənəcək.
Azərbaycan Premyer Liqası, VII tur
11 oktyabr
16:00 “İmişli” – “Qarabağ” – 0:2
Qollar: Aleksey Kaşuk, 59. Jali Muaddib, 88
Sarı vərəqələr: Bəxtiyar Həsənalızadə, 84 (hakimin qərarına etiraz) – Joni Montiel, 15 (qeyriidman hərəkəti); Reda Xadra, 90+2 (qeyri-idman hərəkəti)
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Eyyub İbrahimov, Ruslan Quliyev
VAR: Vüqar Həsənli
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
“İmişli”: 1. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı (k), (33. Əkbər Eyubov, 64), 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 13. Rafael Vieqaş, (70. Mehdi Tahirov, 90+2), 21. Ronaldo de Souza, 6. Yau Mozes, (17. Seyxan Fərəcov, 75), 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 80. Deko
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə, 3. Tuncay Yusifli, 55. Murad Ələkbərov, 42. Sebai Senin
Baş məşqçi: Fərid Namazov
“Qarabağ”: 23. Martin Zlomisliç, 22. Musa Qurbanlı, (9. Zakaria Savo, 66), 20. Kadi Borges (k), 2. Mateus Silva, 5. Bruno Lanqa, 10. Joni Montiel, (8. Marko Yankoviç, 66), 25. Cebrail Makreçkis, 21. Aleksey Kaşuk, (29. Renaldo Sefas, 75), 7. Jali Muaddib, (11. Reda Xadra, 90), 35. Pedro Bikalyo, (88. Samuel Lobato, 90), 4. Bense Varkonyi
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
Yevlax şəhər stadionu, 3000 tamaşaçı.
18:30. “Şəfa” – “Turan Tovuz – 0:1
Qol: Dioqo Balau, 45+2
Sarı vərəqələr: Maudo Jarjue, 6 (qeyri-idman hərəkəti); Kristofer Mamenqi, 9 (qeyri-idman
hərəkəti); Fərid Yusifli, 69 (qeyri-idman hərəkəti) – Stiv Besnuar, 6 (qeyri-idman hərəkəti)
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Murad Səlimov
VAR: Nicat İsmayıllı
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Şəfa”: 12. Əlirza Müştəbazadə, 5. Arsen Ağcabəyov (k), 83. Nihad Quliyev, 29. Vüsal Qənbərov, (42. Elnur Cəfərov, 58), 10. Dilan Mertens, (9. Luis Felipe, 89), 18. Bafode Dansoko, (23. Nahid Əliyev, 89), 4. Maudo Jarjue, 17. Musa Quel, 11. Andrey Draqu, 8. Vlad Pop, (6. Fərid Yusifli, 58), 34. Kristofer Mamenqi, (21. İsmayıl Zülfüqarlı, 60)
Ehtiyat oyunçular: 99. Məmməd Hüseynov, 96. Ayxan Əlizadə, 28. Murad Musayev, 55. Rauf Hüseynli, 77. Elmar Məmmədov, 22. Umar Diav, 7. Treyvon Fuller
Baş məşqçi: Zaur Həşimov
“Turan Tovuz”: 1. Oleq Baklov, 5. Roderik Miller, 21. Stiv Besnuar, (19. Roberto Olabe, 68), 3. Enrike Silva, (25. Denis Marandiçi, 78), 23. Alexandro Serrano, 77. Vadji İbrahima, 32. Hayderson Hurtado (k), (15. Emmanuel Hakman, 24), 7. Xorxe Silva, 33. Filip Damyanoviç, 8. David Tavareş, (28. Aleksa Yankoviç, 78), 11. Dioqo Balau
Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin, 13. Mehman Hacıyev, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 99. Sadiq Şəfiyev
Baş məşqçi: Kurban Berdiyev
“SOCAR Polymer Arena”, 700 tamaşaçı.



No Comment! Be the first one.