"Şamaxı" və "Sumqayıt"dan əzmkar qələbə – YENİLƏNDİ
Misli Premyer Liqasında VIII turun daha bir görüşü keçirilib.
Sportify.az xəbər verir ki, “SOCAR Polymer Arena”da “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edib.
Baş hakim Vüqar Həsənlinin idarə etdiyi görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb – 2:1.
Hesabı 32-ci dəqiqədə Naxçıvan komandasının futbolçusu Alberto Fernandes açıb.
Fasilədən sonra üstünlüyü ələ alan meydan sahibləri 2 qol vurub. 62-ci dəqiqədə Ronaldo Vaskes, 82-ci dəqiqədə Nihad Əhmədzadə fərqlənib.
86-cı dəqiqədə “Araz-Naxçıcan” daha bir zərbə alıb. Ağadadaş Salyanski ikinci sarıdan qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.
Beləliklə, ardıcıl ikinci qələbəsini qazanan “Sumqayıt” 8 xalla 8-ci pillədə qərarlaşıb. 2 xala malik “Araz-Naxçıvan” isə sonuncudur.
—————–
Misli Premyer Liqasında VIII turun açılış oyunu Şamaxı şəhər stadionunda keçirilib.
Sportify.az xəbər verir ki, “Şamaxı” mövsümün debütantı “Şəfa” ilə üz-üzə gəlib.
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb – 3:2.
İlk 2 qolu paytaxt təmsilçisi vurub. Elnur Cəfərov 5-ci dəqiqədə hesabı açıb. Rauf Rüstəmli isə 56-cı dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Bundan sonra təşəbbüsü ələ alan “Şamaxı” geridönüş etməyə nail olub. Jota Oliveyra 65-ci dəqiqədə fərqi azaldıb, Həbib İsmayılov isə 81-ci dəqiqədə hesabda tarazlıq yaradıb. Uzatma dəqiqələrində referi “Şəfa”nın qapısına penalti təyin edib. Rikardo Apolinario zərbəni dəqiq yerinə yetirib.
Beləliklə, məğlubiyyətsiz oyunlar seriyasını 6-ya çatdıran “Şamaxı” 13 xalla 5-ci pilləyə yüksəlib. Ardıcıl 6-cı məğlubiyyətlə üzləşən “Şəfa” isə 3 xalla 11-ci pillədə qərarlaşıb.
Bu gün Misli Premyer Liqasında VIII tura start veriləcək.
Sportify.az xəbər verir ki, turun ilk oyun günündə iki görüş keçiriləcək.
Açılış matçında “Şamaxı” “Şəfa”nı qəbul edəcək. Saat 15:00-da başlanacaq qarşılaşmanı baş hakim Rəvan Həmzəzadə idarə edəcək.
Bu komandalar ilk dəfə üz-üzə gələcəklər. Hazırda “Şamaxı” 10 xalla 7-ci, “Şəfa” isə 3 xalla 11-ci yerdə gedir.
Günün digər oyununda “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edəcək. “SOCAR Polymer Arena”da saat 19:00-da başlanacaq görüşü baş hakim Vüqar Həsənli idarə edəcək.
“Sumqayıt” cari mövsümdə ilk qələbəsini ötən tur “Qəbələ” üzərində qazanıb – 4:1. Hazırda bu komanda 5 xalla 8-ci yerdə gedir. Hələ də qələbə üzünə həsrət olan “Araz-Naxçıvan” isə 2 xalla sonuncu pillədə qərarlaşıb.
Tərəflər arasında əvvəlki 11 oyunun hərəyə 4-də qələbə qazanılıb, 3 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də bərabərlik var – 10:10. “Araz-Naxçıvan” son 4 matçda qol vurub. “Sumqayıt” evdəki son 2 qarşılaşmada qələbə qazanıb.
Misli Premyer Liqası
I dövrə, VIII tur
15:00. “Şamaxı” – “Şəfa” – 3:2
Qollar: Jota, 65; Həbib İsmayılov, 82; Rikardo Apolinario, 90+5 (pen.) – Elnur Cəfərov, 6;
Rauf Hüseynli, 55 (pen.)
Sarı vərəqələr: Ceyhun Bağırzadə, 90+6 (qeyri-idman hərəkəti); // Fərid Yusifli, 27
(qeyri-idman hərəkəti); Kristofer Mamenqi, 50 (hakimin qərarına etiraz); Murad Musayev, 52 (qeyri-idman hərəkəti); Andrey Draqu, 90+8 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən sarı vərəqələr: Araz Bağırov 85, 85 (“Şamaxı”nın məşqçisi – hakimin
qərarına etiraz)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Araz Bağırov, 85
“Şamaxı”: 1. Rikardo Fernandes (k), 5. Emin Rüstəmov, 97. Oruc Məmmədov, (8. Teşaqer Dequ, 65), 10. Edqar Adilxanov, (80. Həbib İsmayılov, 65), 25. Filipe Markes, 13. Rikardo Apolinario, 11. Ayman Bouali, (14. Uğur Cahangirov, 82), 3. Jota, 19. Abdullahi Şuaybu, (9. Tornike Axvlediani, 65), 4. Rui Paşeko, 52. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 96. Nicat Qaragözlü, 2. Fariz Xeyrullayev, 7. Emil Süleymanov, 77. Okan Təhməzli, 88. Hacıəli Şirəliyev, 17. Sənan Muradlı, 66. Ceyhun Bağırzadə
Baş məşqçi: Azər Bağırov
“Şəfa”: 12. Əlirza Müştəbazadə, 28. Murad Musayev (k), 42. Elnur Cəfərov, (9. Luis Felipe, 66), 55. Rauf Hüseynli, (83. Nihad Quliyev, 66), 5. Arsen Ağcabəyov, 6. Fərid Yusifli, (8. Vlad Pop, 77), 10. Dilan Mertens, 18. Bafode Dansoko, 17. Musa Quel, (29. Vüsal Qənbərov, 77), 11. Andrey Draqu, 34. Kristofer Mamenqi
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 99. Məmməd Hüseynov, 3. Tərlan Quliyev, 21. İsmayıl Zülfüqarlı, 23. Nahid Əliyev, 77. Elmar Məmmədov, 4. Maudo Jarjue, 22. Umar Diav
Baş məşqçi: Zaur Həşimov
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Səbuhi Bayramov
VAR: Elvin Bayramov
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu, 1 200 tamaşaçı
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 3 dəq.
19:00. “Sumqayıt” – “Araz-Naxçıvan” – 2:1
Qollar: Ronaldo Vaskes, 62. Nihad Əhmədzadə, 81 – Alberto Fernandes, 33
Sarı vərəqələr: Lukas Blek, 84 (qeyri-idman hərəkəti); Keffel Resende, 89 (qeyri-idman
hərəkəti); Ayxan Süleymanlı, 90+4 (qeyri-idman hərəkəti) – Ağadadaş Salyanski, 84, 86
(qeyri-idman hərəkəti); Rövlan Muradov, 89 (qeyri-idman hərəkəti); Ceyhun Nuriyev, fasilədə
(hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Ağadadaş Salyanski, 86
“Sumqayıt”: 16. Marko Yohanson, 29. Emil Mustafayev, (19. Roi Kehat, 81), 17. Nihad Əhmədzadə, (27. İmani Barker, 90+1), 4. İsa Suliman (kap.), 42. Sedrik Badolo, 10. Ronaldo Vaskez, (20. Ayxan Süleymanlı, 87), 80. Keffel Resende, 55. Lukas Blek, 11. Mamadi Banqre, (75. Nadir Orucov, 90+1), 21. Tiaqo Almeyda, 5. Renan Santana
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Aftandil Arixov, 3. Höccət Haqverdi, 97. Vüsal Paşayev, 23. Rüfət Əhmədov, 37. Nihad Orucəli
Baş məşqçi: Filipe Kandido
“Araz-Naxçıvan”: 99. Tərlan Əhmədli, 8. Mustafa Əhmədzadə, 9. Ağadadaş Salyanski, 27. Boyan Letiç, 6. Patrik Andrade (k), 17. İssuf Paro, (12. Bruno Franko, 22), 11. Mohamed Mara, 36. Mamadu Kane, 10. Şarl Boli, (7. Rövlan Muradov, 65), 5. Luka Dumançiç, 23. Alberto Fernandes, (29. Ceyhun Nuriyev, 80)
Ehtiyat oyunçular: 1. Artur Auqusto, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 13. Qabil Əlizadə, 2. Abdulla Rzayev, 53. Fərid Tağıyev, 21. İbrahim Piriyev, 19. Abdallah Sudi
Baş məşqçi: Yuri Maksimov
Hakimlər: Vüqar Həsənli, Asiman Əzizli, Zöhrab Abbasov, Murad Səlimov
VAR: Əkbər Əhmədov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
SOCAR Polymer Arena, 1200 tamaşaçı.
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 4 dəq.
Qeyd edək ki, turun qalan oyunları 17-18 oktyabrda keçiriləcək.



No Comment! Be the first one.