Millimiz Çexiyaya uduzdu - YENİLƏNDİ
Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2028-in qrup mərhələsinin əsas raundunda ilk oyununu keçirib.
Sportify.az xəbər verir ki, 12-ci qrupun qarşılaşmasında rəqib Çexiya yığması olub.
Fridek-Mistek şəhərindəki “Hala Polarka” arenasında təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.
16 oktyabr
22:00. Çexiya – Azərbaycan – 2:1
Qollar: Mixal Saydler, 5. İrji Zapotoçki, 20 – Ülvi Əliyev, 34
Hakimlər: Peter Nörse (İngiltərə), Valentin Çiuplya (Uels), Dankan MakLulliç (Şotlandiya)
Timekeeper: İnq. Luboş Riql (Çexiya)
Hakim-inspektor: Nunu Boqalyu (Portuqaliya)
UEFA nümayəndəsi: İrjki Filppu (Finlandiya)
Fridek-Mistek (Çexiya). “Hala Polarka”.
Qeyd edək ki, 12-ci qrupda Azərbaycan və Çexiyadan əlavə, Latviya da yer alıb. Millinin növbəti oyunları noyabrın 5-də Lənkəran Olimpiya İdman Kompleksində Çexiyaya, noyabrın 8-də Bakı İdman Sarayında Latviyaya qarşı olacaq. Son qarşılaşma isə 2027-ci il fevralın 27-də səfərdə Latviyaya qarşı olacaq.
Reqlamentə əsasən, 12 qrupun qalibləri və ikinci yeri tutan komandalardan ən yaxşı 4-ü elit raunda yüksələcəklər.



No Comment! Be the first one.