Emrah Çelikel: Azərbaycan İdman Akademiyası ilə əməkdaşlığımız genişlənəcək
Azərbaycan İdman Akademiyasının (ASA) və “Qarabağ” Futbol Klubunun akademiyasının əməkdaşlığı çərçivəsində “Futbol məşqçilərinin peşəkar inkişaf proqramı”nın yekunlarına həsr olunmuş tədbir keçirilib.
Sportify.az xəbər verir ki, tədbirdən sonra “Qarabağ”ın Baş direktoru Emrah Çelikel jurnalistlərin suallarını cavablandırıb:
– Məşqçilərimiz üçün çox gözəl və maarifləndirici bir proqram idi. Burada, demək olar ki, ehtiyacımız olan bütün dəstəyi peşəkar səviyyədə aldıq. Azərbaycan İdman Akademiyası ilə əməkdaşlığımızın, inşallah, daha da genişlənərək davam edəcəyinə inanırıq. Hamınıza təşəkkür edirəm. Çalışan bütün m heyətini bu proqrama cəlb etmişik. Təklif bizim tərəfimizdən irəli sürülərək Akademiyaya müraciət olunmuşdu. Əslində, bunun kimin təşəbbüsü ilə başlamasının o qədər də fərqi yoxdur. Əsas odur ki, müraciətimiz müsbət qarşılandı və bizə həm peşəkar, həm də mənəvi baxımdan böyük dəstək göstərildi.
– Gələcəkdə bu proqramın digər formatlarda və ya yeni təlim proqramları şəklində davam etdirilməsi gözlənilirmi?
Azərbaycan İdman Akademiyası ilə əməkdaşlığımız çərçivəsində, Fuad müəllimin, Ülkər xanımın və Lalə xanımın da qeyd etdiyi kimi, məşqçilərimiz üçün daha fərqli proqramların hazırlanması, eləcə də hazırda həyata keçirilən proqramın yenilənməsi nəzərdə tutulur. Yəni biz bu əməkdaşlığın yalnız bir sertifikatla məhdudlaşmasını istəmirik. İnşallah, proqramın davamı olacaq və əməkdaşlığımız mütəmadi şəkildə davam etdiriləcək.
– Bəs bu proqramın monitorinqini necə həyata keçirməyi düşünürsünüz? Məsələn, məşqçilər burada təlim keçirlər. Onların əldə etdikləri bilik və bacarıqlara necə nəzarət ediləcək?
– İlk növbədə, əsas məqsədimiz məşqçilərimizin qarşıya qoyduğumuz tələbləri yerinə yetirməsidir. Bizim əsas gözləntimiz və tələbimiz budur.
Bildiyiniz kimi, 60 və daha yüksək bal qənaətbəxş, 70 və daha yüksək bal isə yaxşı nəticə hesab olunur. Biz bütün məşqçilərimizin 70-dən yuxarı bal toplamasını gözləyirik və tələbimiz də məhz budur. Məşqçilərimizə bu tələbi yerinə yetirmək üçün Azərbaycan İdman Akademiyasının müəyyən etdiyi meyarlar əsasında müəyyən sayda imkan veriləcək. Qarşıya qoyulan tələbləri yerinə yetirməyən məscidlərlə isə əməkdaşlığımızı dayandırmaq məcburiyyətində qalacağıq.
View this post on Instagram
Bahar Rüstəm



No Comment! Be the first one.