Qitələrarası Kubokun finalının tarixi və məkanı bəlli oldu
FİFA Qitələrarası Kubokunun 2026-cı il finalının keçiriləcəyi tarix və stadion müəyyənləşib.
Sportify.az xəbər verir ki, həlledici qarşılaşma dekabrın 16-da Qətərin Ər-Rayyan şəhərində yerləşən “Əhməd bin Əli” stadionunda baş tutacaq. Bu barədə PSJ-nin rəsmi saytı məlumat yayıb.
Finalda ötən mövsüm UEFA Çempionlar Liqasının qalibi olan PSJ “Challenger Cup”ın qalibi ilə qarşılaşacaq.
Həmin mükafat uğrunda Meksikanın “Toluka” və Cənubi Afrikanın “Mamelodi Sandaunz” komandaları mübarizə aparacaq. Turnirin sonuncu iştirakçısı isə 2026-cı il Libertadores Kubokunun qalibi olacaq.
Qeyd edək ki, PSJ 2025-ci ildə keçirilən Qitələrarası Kubokunun finalında Braziliyanın “Flamenqo” klubunu penaltilər seriyasında məğlub edərək (1:1, penaltilərlə 2:1) titul qazanıb.



No Comment! Be the first one.