Cüdoçularımız Avropa çempionatında daha 2 medal qazandılar
Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan təmsilçiləri daha iki medal qazanıblar.
Sportify.az xəbər verir ki, M4 yaş kateqoriyasında -60 kq çəki dərəcəsində mübarizə aparan Elşən Kərimov, M5 yaş kateqoriyasında eyni çəkidə çıxış edən Babək Hacıyev gümüş medala sahib olublar.
Qeyd edək ki, çempionatın ilk günündə Fərhad Rəcəbli M8 yaş kateqoriyasında -90 kq çəki dərəcəsində qızıl medal qazanaraq karyerasında 12-ci dəfə Avropa çempionu olub.






No Comment! Be the first one.