Volkov 40-a çatdı, 30-cu oldu
Davit Volkov “Zirə”nin heyətində Premyer Liqada 40-cı qolunu vurub.
Sportify.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı hücumçu Misli Premyer Liqasında IX turun “Sumqayıt”la ev matçında (3:2) fərqlənib.
31 yaşlı forvard 121-ci oyununda “40”a çatıb. Onun orta məhsuldarlığı 0,33-ə bərabərdir.
Volkov ölkə çempionatları tarixində yüksək liqada eyni klubda 40 və daha çox qol vuran 30-cu futbolçu olub. O, Fernando Peres (“Bakı”) və Mehman Allahverdiyevlə (“Kəpəz”) eyni göstəriciyə malikdir.
Rekord isə “Qarabağ”da 109 dəfə fərqlənən Müşfiq Hüseynova məxsusdur.


No Comment! Be the first one.