Taofik İsmail: Növbəti oyunda qalib gəlməliyik
“Qalib gəlmədik. Məyusuq. Amma bir xal qazandıq. Ümid edirik ki, növbəti oyunda qələbə qazanarıq”.
Sportify.az xəbər verir ki, bunu “Qarabağ”ın yeni transferi Taofik İsmail səfərdə “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının V tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
Nigeriyalı hücumçu görüşə ehtiyatda başlayıb və 64-cü dəqiqədə Musa Qurbanlının əvəzinə meydana daxil olub. 65-ci dəqiqədə isə o, məhsuldar ötürmə edərək, Aleksey Kaşukun fərqlənməsinə şərait yaradıb.
26 yaşlı forvard Azərbaycandakı ilk məhsuldar ötürməsini normal hal adlandırıb. Onun fikrincə, daha vacib məsələ qələbə qazanmaqdır: “Heç-heçə etdik, amma növbəti oyunda qalib gəlməliyik, çünki çempionluq uğrunda mübarizə aparırıq”.
İsmail bildirib ki, əsas heyətdə oynayıb-oynaması onun üçün fərq etmir: “Fərqi yoxdur, bu, mənim üçün problem deyil. Ehtiyatda qalıramsa, bu da normaldır. Komandaya kömək etmək üçün meydana daxil oluram”.
Bahar RÜSTƏM


No Comment! Be the first one.