Messi millidəki son oyununa xüsusi forma ilə çıxacaq - VİDEO
Lionel Messi Argentina millisində son oyunu üçün geyinəcəyi xüsusi formanı təqdim edib.
Sportify.az xəbər verir ki, 39 yaşlı futbolçu “Adidas”ın hazırladığı xüsusi Argentina formasının görüntülərini sosial media hesabında paylaşıb. Formanın arxa hissəsində Messi və 10 nömrəsi qızılı rəngdə əks olunub. Həmçinin onun adının üzərində “May günəşi” simvolu yerləşdirilib.
Messi paylaşımında “Son oyun. Ömürlük forma” sözlərini yazıb.
Argentina millisinin oktyabrın 6-da Buenos-Ayresdəki “Monumental” stadionunda Beninə qarşı keçirəcəyi qarşılaşma futbolçunun milli komandadakı vida oyunu olacaq. Messi Boliviya və Burkina-Faso ilə əvvəlki yoldaşlıq görüşlərində iştirak etməyəcək.
Qeyd edək ki, Messi 2005-ci ildən Argentina millisində çıxış edir. O, 207 oyunda 125 qol vurub.



No Comment! Be the first one.