“Barselona”nın futbolçu ilə yeni müqaviləsində 500 milyonluq bənd
İspaniyanın “Barselona” klubu gənc futbolçusu Mark Bernalla müqaviləni uzatmağa hazırlaşır.
Sportify.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçinin hazırkı sözləşməsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Kataloniya klubu yeni müqavilənin müddətini 2031-ci ilə qədər artırmağı planlaşdırır.
Yeni anlaşmada futbolçunun sərbəstqalma məbləğinin 500 milyon avro olacağı bildirilir. Qeyd olunur ki, bu məbləğ Bernalın hazırkı müqaviləsində də yer alır və “Barselona” onu artırmağı düşünmür.
Qeyd edək ki, Mark Bernal bu mövsüm “Barselona”nın heyətində 8 oyunda 319 dəqiqə meydanda olub və 2 məhsuldar ötürmə verib.



No Comment! Be the first one.