Millinin üzvü “Sumqayıt”da
“Sumqayıt” basketbol klubu heyətinə yeni oyunçu cəlb edib.
Sportify.az xəbər verir ki, komanda müdafiəçi mövqeyində çıxış edən 187 sm boya malik Elşad Şirzadovla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Şirzadov ötən mövsümü “Ordu”nun heyətində keçirib. 27 yaşlı basketbolçu daha əvvəl NTD və “Gəncə” klublarında da oynayıb. Elşad Şirzadov U-18, U-20 və əsas millinin uğurları üçün də çalışıb.



No Comment! Be the first one.