Trabzonda yaylağa Məhəmməd Salahın adı verildi - VİDEO
Türkiyənin “Trabzonspor” komandasının futbolçusu Məhəmməd Salahın məşhurlaşdırdığı daş Türkiyədə turistlərin yeni dayanacağına çevrilib.
Sportify.az xəbər verir ki, misirli hücumçunun Trabzonun Kurtdərə Yaylağında daşın üzərində oturaraq çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşmasından sonra əraziyə maraq artıb.
Trabzon Böyükşəhər Bələdiyyəsi Salahın oturduğu daşın yanına skamya yerləşdirib. Yaylaqda isə “Salah Yaylağı” yazılmış lövhə də quraşdırılıb.
Salahın fotosundan sonra çoxsaylı insanlar həmin daşa baş çəkərək burada şəkil çəkdirirlər.
Əraziyə gələn ziyarətçilərdən Rəhman Haşıl Salahın yaylaq turizminə böyük töhfə verdiyini bildirib:
“Mənim bura gəlməyimin əsas səbəbi Salah yaylağı olmasıdır. Yaylaq turizminə verdiyi dəyərə görə Məhəmməd Salahı da təbrik edirəm. Bələdiyyənin gördüyü işlər nəticəsində bura cazibə mərkəzinə çevrilib”.
Almaniyadan gələn Neşe Şimşək isə hər il yaylaqlara baş çəkdiklərini, bu dəfə isə xüsusi olaraq “Salahın daşı”nı görmək üçün Kurtdərə Yaylağına gəldiklərini söyləyib.
Qeyd edək ki, Məhəmməd Salahın yaylaqdan paylaşdığı foto qısa müddətdə böyük marağa səbəb olub və Kurtdərə Yaylağının tanınmasına ciddi təsir göstərib.
Muhammed Salah’ın yaylada fotoğraf çektirdiği taşın yanına bank konuldu. pic.twitter.com/8sLvUBAizR
— Boşuna Tıklama (@bosunatiklama) September 23, 2026



No Comment! Be the first one.