Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan komandaları VII turun oyunlarını keçiriblər.
Sportify.az xəbər verir ki, kişilərdən ibarət milli Yunanıstan üzərində qələbə qazanıb.
Şəhriyar Məmmədyarov heç-heçə edib, Rauf Məmmədov, Aydın Süleymanlı və Məhəmməd Muradlı qələbə qazanıb.
Qadınlardan ibarət milli isə Ermənistan seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb. Gülnar Məmmədova qələbə qazanıb, Gövhər Beydullayeva heç-heçə edib, Ülviyyə Fətəliyeva və Xanım Balacayeva isə məğlub olublar.
Turnirdə bundan əvvəl Azərbaycanın kişi komandası Mərakeşi 4:0, Filippinləri 3:1, İsveçrəni 3:1, Argentinanı 2,5:1,5 hesabı ilə məğlub edib. Çexiya və Rumıniya ilə qarşılaşmalar isə 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qadınlar isə Qvatemala (4:0), Danimarka (4:0), İsveç (2,5:1,5), İngiltərə (2,5:1,5) və Serbiya (3:1) üzərində qələbə qazanıb, Qazaxıstana 1,5:2,5 hesabı ilə uduzub.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.
—————————————-
Azərbaycanın kişi və qadın şahmat yığmaları Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.
Sportify.az xəbər verir ki, kişi komandası VII turda Yunanıstanla qarşılaşacaq. Qadın yığması isə Ermənistan seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşmalar Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.
Ümumdünya Şahmat Olimpiadası, VII tur
23 sentyabr
Kişilər
14:00. Yunanıstan – Azərbaycan – 0,5:2,5
Teodoru Nikolas – Şəhriyar Məmmədyarov – 0,5:0,5
Mastrovasilis Dimitrios – Aydın Süleymanlı – 0:1
Kurkulos-Arditis Stamatis – Məhəməd Muradlı – 0:1
Papayannu Yannis – Rauf Məmmədov – 0:1
6 turdan sonra xal durumu: 1. Özbəkistan – 12 xal, 2-3. Çin, Ermənistan – hər ikisi 11 xal, 4 – 14. Fransa, Niderland, Türkiyə, Hindistan, Yunanıstan, Almaniya, İngiltərə, Bolqarıstan, AZƏRBAYCAN, Özbəkistan-2, ABŞ – hamısı 10 xal.
Qadınlar
14:00. Ermənistan – Azərbaycan – 2,5:1,5
Lilit Mkrtçyan – Ülviyyə Fətəliyeva – 1:0
Maryam Mktçyan – Gövhər Beydullayeva – 0,5:0,5
Elina Danielyan – Xanım Balacayeva – 1:0
Susanna Qaboyan – Gülnar Məmmədova – 0:1
6 turdan sonra xal durumu: 1-2. Çin, Qazaxıstan – hər ikisi 12 xal, 3 – 13. Hindistan, Bolqarıstan, Almaniya, İsveçrə, Ermənistan, Polşa, AZƏRBAYCAN, Gürcüstan, Fransa, Monqolustan, Ukrayna – hamısı 10 xal.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq. Olimpiadada 208 komandanın heyətində 1032 şahmatçı mübarizə aparır.



No Comment! Be the first one.