"Sabah"ın rəqibi də eyni hesabla uduzdu - Baş məşqçilər dalaşdı - VİDEO
Norveçi Çempionlar Liqasında təmsil edən “Budö Qlimt” və “Vikinq” komandaları ölkə çempionatının XXV tur matçında üz-üzə gəliblər.
Sportify.az xəbər verir ki, Budö şəhərindəki “Aspmira” stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:2.
Əsas hadisələr ilk hissədə cərəyan edib. 4-cü dəqiqədə “Vikinq”in müdafiəçisi Henrik Falşener topu öz qapısına göndərib. 15-ci dəqiqədə Andreas Helmersen “Budö Qlimt”in ikinci qolunu vurub.
32-ci dəqiqədə Kristoffer Högen, 39-cu dəqiqədə Erik Botheym fərqlənib və hesab bərabərləşib.
Lakin 43-cü dəqiqədə Yens Höge meydan sahiblərinin qələbə topuna imza atıb.
45+4-cü dəqiqədə isə maraqlı hadisə baş verib. “Budö Qlimt”in baş məşqçisi Xyetil Knutsen və onun “Vikinq”dəki həmkarı Morten Yensen texniki zonada bir-biri ilə dalaşıb. Matçı idarə edən norveçli FIFA referisi Espen Eskos hər iki baş məşqçiyə birbaşa qırmızı vərəqə göstərib.
İkinci hissədə isə tərəflərdən heç biri fərqlənə bilməyib.
Beləliklə, “Budö Qlimt” xalını 59-a çatdırıb və eyni xala malik “Vikinq”in liderliyinə şərik olub.
Bu komandalar Çempionlar Liqasının IV turunda müvafiq olaraq, Fransa “Lill”ini və Azərbaycan təmsilçisi “Sabah”ı qəbul edəcəklər. Qarşılaşmalar noyabrın 3-də və 4-də keçiriləcək.
Qeyd edək ki, “Vikinq” kimi “Sabah” da Misli Premyer Liqasının X turunda “Turan Tovuz”a səfərdə 2:3 hesabı ilə uduzub.
@FotMob Notoriously violent manager of @Glimt, Kjetil Knutsen, slapping the cap off Viking coach. Disgusting man. https://t.co/l75h2Z3pef
— Aato (@elAato) October 30, 2026



No Comment! Be the first one.