UEFA Çempionlar Liqasının əsas mərhələsində “Araz-Naxçıvan” son oyununu keçirib.
Sportify.az xəbər verir ki, Azərbaycan təmsilçisi Polşanın “Piast Qlivitse” klubu ilə qarşılaşıb.
Fasiləyə qədər 4 cavabsız top buraxan “qırmızı-ağlar” ikinci hissədə də rəqibin fərqlənməsinə mane ola bilməyib – 0:5.
Bununla da qrupda keçirdiyi ilk matçda qələbə qazanan Azərbaycan çempionu sonrakı 2 qarşılaşmada məğlub olub. Aktivində 3 xal olan “Araz-Naxçıvan” mübarizəni dayandırıb. 7 xal toplayan “Piast” isə 1/16 finala vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası
Əsas mərhələ. V qrup
22:00. Piast Qlivitse (Polşa) – Araz-Naxçıvan (Azərbaycan) – 5:0
Qollar: R. Feliks, 3:57, Spellanzon, 6:49, Korpela, 7:13, 35:09, Dill, 17:17 (pen.)
Sarı vərəqələr: Xuan Emillo, 8:36, Tomasz Kriezel, 34:20 – Ə. Ələkbərov, 9:07, F. Ələkbərov, 15:48
Hakimlər: Viktor Chaix (Fransa), Sergey Saçmans (Latviya), Daniele Dadamo (San Marino)
Timekeeper: Dominik Lorke (Polşa)
Hakim-inspektor: Sven Eichler (Almaniya)
UEFA nümayəndəsi: Marina Kirilyuk (Ukrayna)
30 oktyabr. Qlivitse. “Prezero Arena”.



No Comment! Be the first one.