Amerikalı oyunçu “Sumqayıt”da
“Sumqayıt” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Sportify.az xəbər verir ki, Sumqayıt təmsilçisi amerikalı basketbolçu Cakori Arçi ilə müqavilə imzalayıb. 27 yaşlı (14 noyabr 1998) oyunçu ilə mövsümün sonunadək sözləşmə əldə olunub.
198 santimetr boya malik basketbolçu müdafiəçi və yüngül forvard mövqelərində çıxış edir.
Qeyd edək ki, Cakori Arçi 2023/2024 mövsümündə hazırda “LANDAU Lions” adlanan komandanın sələfi “Xırdalan” klubunda forma geyinib. O, həmin mövsümdə keçirdiyi oyunlarda orta hesabla 19,9 xal və 6,3 ribaundla yadda qalıb.
“Xırdalan”dan ayrıldıqdan sonra amerikalı basketbolçu karyerasını Makedoniya, Yunanıstan və Avstriya çempionatlarında davam etdirib.



No Comment! Be the first one.