Fyuri və Coşua 11 dekabrda döyüşəcək
Britaniyalı ağır çəkili boksçular Tayson Fyuri və Entoni Coşua arasında döyüşün tarixi və məkanı rəsmən açıqlanıb.
Sportify.az xəbər verir ki, qarşılaşma dekabrın 11-də Uelsin Kardiff şəhərindəki 78 min tamaşaçı tutumuna malik “Prinsipality” stadionunda keçiriləcək.
Fyuri peşəkar karyerasında 36 qələbə, 2 məğlubiyyət və 1 heç-heçə əldə edib. O, son döyüşünü iyul ayında keçirib və Mariusz Vaxı texniki nokautla məğlub edib.
Coşuanın hesabında isə 30 qələbə və 4 məğlubiyyət var. Onun son rəqibi bu yay ikinci raundda nokauta saldığı Kristian Prenqa olub.



No Comment! Be the first one.