“Sumqayıt” heyətinə ingiltərəli oyunçu qatdı
“Sumqayıt” Basketbol Klubu heyətini ingiltərəli Coş Oqundele ilə gücləndirib.
Sportify.az xəbər verir ki, 25 yaşlı mərkəz oyunçusu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
213 sm boya malik basketbolçu ABŞ-nin “İowa” və “Hampton” universitet komandalarında çıxış edib. Oqundele son olaraq “Hampton”un heyətində 6,7 xal və 3,5 ribaund orta göstəricisi ilə yadda qalıb.
Basketbolçu həmin mövsümdə 55,1 faiz dəqiqlik göstəricisi ilə də diqqət çəkib.



No Comment! Be the first one.