Formula 1 pilotları azarkeşlərlə görüşdü
Bakıda keçirilən 10-cu “Formula 1” Azərbaycan Qran-prisi çərçivəsində azarkeşlərlə pilotların görüşü təşkil olunub.
Sportify.az xəbər verir ki, Dənizkənarı Bulvarda qurulan xüsusi səhnədə iki gün ərzində 11 komandanın pilotları fanatlarla görüşüblər.
Maks Ferstappen, Şarl Lekler, Kimi Antonelli, Corc Rassel, Karlos Sayns, Lando Norris, Oskar Piastri, Fernando Alonso, Valtteri Bottas və digər pilotlar səhnəyə çıxaraq azarkeşlərlə ünsiyyət qurublar.
Səmimi atmosferdə keçən Fan Forum zamanı pilotlar yarışla bağlı fikirlərini və təəssüratlarını bölüşüblər. Tədbir yerli və xarici azarkeşlərin böyük marağına səbəb olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.



No Comment! Be the first one.