Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü
Sentyabrın 25-də gənclər və idman naziri Fərid Qayıbov Serbiyanın idman naziri Zoran Qayiçi qəbul edib.
Sportify.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Serbiya arasında idman sahəsində mövcud əməkdaşlığın vəziyyəti və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova və Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviç iştirak ediblər.








No Comment! Be the first one.