FIFA və AFFA rəhbərliyi millimizin oyununda
15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatı və festivalında 1/16 final matçında Çili ilə qarşılaşır.
Sportify.az xəbər verir ki, Hövsan Yarış Kompleksindəki oyunu FIFA prezidenti Canni İnfantino və FIFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina da izləyir.
Eyni zamanda AFFA prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezident Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev, “Sabah”ın prezidenti Maqsud Adıgözəlov, “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer, millinin baş məşqçisi Ayxan Abbasov və digər nüfuzlu şəxslər də tamaşaçılar sırasında yer alıblar.
Qeyd edək ki, hazırda hesab bərabərdir – 1:1.



No Comment! Be the first one.