Millimiz Çiliyə məğlub oldu
15 yaşadək futbolçular arasında keçirilən dünya çempionatı və festivalında Azərbaycan millisi 1/16 final matçına çıxıb.
Sportify.az xəbər verir ki, rəqib Çili yığması olub.
Qarşılaşmanı FIFA prezidenti Canni İnfantino və AFFA rəhbərliyi də izləyib.
Görüş Çilinin qələbəsi ilə yekunlaşıb – 3:1. Azərbaycan millisinin yeganə qolunu 24-cü dəqiqədə Yusif Əlizadə vurub.
Bununla da yığma 65-ci yer uğrunda mübarizə şanslarını itirib. Famil Xəlilovun baş məşqçi olduğu kollektiv 81-96-cı yerlər uğrunda görüşdə Cəbəllütariqlə qarşılaşacaq. Oyun bu gün saat 18:15-də başlanacaq.
Qeyd edək ki, Cəbəllütariq 1/16 finalda Belarusa uduzub – 0:6.



No Comment! Be the first one.