Azərbaycan Qran-prisində sıralama turu başa çatdı
Formula 1 Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.
Sportify.az xəbər verir ki, “Mercedes”in britaniyalı pilotu Corc Rassel ən yaxşı nəticəni göstərərək sıralama turunun qalibi olub.
“Ferrari”nin monakolu pilotu Şarl Lekler ikinci, “McLaren”in avstraliyalı sürücüsü Oskar Piastri isə üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan Qran-prisinin əsas yarışı sentyabrın 26-da keçiriləcək.


No Comment! Be the first one.