Gimnastlarımız dünya çempionatının finalında - FOTO
Azərbaycanın akrobatika gimnastları İtaliyanın Pezaro şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, çempionatın ilk təsnifat günündə Dünya Kubokunun qızıl medalçıları olan qadın qrupu — Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva temp hərəkətləri proqramında 28.330 xal toplayaraq 1-ci pillədən həlledici mərhələyə çıxıblar.
Dünya Oyunlarının gümüş medalçıları Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü isə balans hərəkətləri proqramında 28.550 xal toplayıb. Onlar təsnifat mərhələsini 3-cü yerdə başa vuraraq finalda iştirak hüququ qazanıb.
Seymur Cəfərov və Rəsul Seyidlidən ibarət digər kişi cütlüyü isə 26.200 xalla temp hərəkətlərində, 51.850 xalla qarışıq hərəkətlər proqramında finala yüksəlib.
Qeyd edək ki, dünya çempionatında Azərbaycanı kişi cütlüklər – Murad Rəfiyev və Daniel Abbasov, Seymur Cəfərov və Rəsul Seyidli, eləcə də qadın qrupu – Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva təmsil edirlər.




No Comment! Be the first one.