“Zirə” Çempionlar Liqasında mübarizəni dayandırdı
“Zirə” minifutbol üzrə Çempionlar Liqasının 1/4 finalında mübarizəni dayandırıb.
Sportify.az xəbər verir ki, Azərbaycan çempionu bu mərhələdə Macarıstanın “The Private Rooftop” komandası ilə qarşılaşıb.
Görüşün əsas vaxtında qalib müəyyənləşməyib – 0:0. Penaltilər seriyasında isə Macarıstan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
Beləliklə, Azərbaycanın turnirdəki sonuncu təmsilçisi də mübarizəni başa vurub. İspaniyanın Kambrils şəhərində keçirilən yarışda daha əvvəl “Birbaşa Bakı” 1/8 finalda, “Aznur” isə qrup mərhələsində mübarizəni dayandırıb.


No Comment! Be the first one.